KÖRPƏLƏRİN SAGLAM YUXUSUNUN 10 ŞƏRTİ


                                                                                                    1.PRİORİTETLƏRİ KƏNARA  QOYUN-

Ailə  o zaman  xoşbəxt  olur ki,valideynlər  gun ərzində  8 saat  yata bilsinlər.Uşaga hər  şeyden çox saglam,bir-birini  seven ana-ata  lazimdır.

2.YUXU REJİMİ-

Uşagin rejimi  ailenin  rejimilə  uygun olmalidir.Geçe yuxusuna  körpəni hazirlamaq  lazimdir.Sizin uçun  rahat   olan vaxt seçin və  körpeni bu vaxta öyreşdirin.Bu vaxta ciddi  riayet  edin.

3.UŞAQ  HARADA YATMALİDİR-

1-3 yaşa  qeder uşaqlar   valideynlərin yataq  otaginda  ,uşaq carpayısında  yatmalidir.3 yaşdan sonra  uşaqlar  uşaq otaginda  oz çarpayilarinda  yatmalidirlar.Valideyn ilə  bir  carpayıda  yatmaq  uşaq  yuxusuna  pis  tƏSİR  gösterir.

4.GÜNDÜZ   Y ATAGANI  OYATMAQDAN    ÇƏKİNMƏYİN-

Uşagin geçe  yatmasını  isteyirsinizse ,gündüz çox  yatmasına  imkan vermeyin.Körpenin sutkalıq  yuxu telebatı  3 ayına qeder   16-20  saat,3-6  ayda  15  saatdir.Əger  isteyirsinizse  körpe gece  8 saat yatsın,onda gunduz yuxusu  7 saatdan  artıq olmamalidir(3-6 ayliq ucun).

5.GECƏ  QİDASI-

İlk 3 ayda körpe  gece  1-2 defe  qidalana  biler. 3-6  ayinda  bir defe ,6 aydan  sonra ise  uşagin gece yedizdirilmesine  ehtiyac  yoxdur.Hedden  cox  yedizdirmek qarinda  agrilarin   esas   sebebi  olub,gece  yuxusunu pozur.Gece  yuxusundan evvel  körpeni  yaxşı   yedizdirmek  lazimdir.

6.GÜNDÜZ GÜNÜNÜZÜ  YAXŞI  KEÇİRİN-

Gündüz  uşagı temiz  havada  gezdirmek,havada  yatizdirmaq  meslehetdir.Gece ise   ana laylası,hezin  musiqi  -uşagi yuxuya hazirlamaq  ucun gozel  vasitedir.

7.YATAQ   OTAGININ   VEZİYYETİ-havası  temiz,serin,optimal   herareti 16-18 derece olmalı,her gün  nem desmalla  silinmelidir.

8.ÇİMİZDİRMƏ-GECE  çimizdirirlmesi  uşagın  yorulmasına,bundan sonra  iştahla  yeyib  sehere qeder  yatması ücün  lazımdir.

9.YATAGIN   HAZIRLANMASI-döşekce  berk olmalıdir  ki,uşagın  bedeni  eyilmesin.2 yaşına qeder  yumşaq döşek lazım  deyil.

10.KEYFİYYETLİ  BEZ   İSTİFADE  EDİN-uşagin bütün  geceni  temiz,quru  qalması  ücün  keyfiyyetli,etibarlı  uşaq  bezi  elde  etmelisiniz.

Uşaqlarda  yuxu  rejiminin  deyişdirilmesi  metodu  derman  mualicesinden  çox  effektli  olur.Eger  körpelerde  ikincili  yuxu  pozgunlugu  (diger xestelikler fonunda )olarsa,onda esas  xesteliyi mualice  etmek  ve    sakitleşdirici  preparatlardan vermek olar.

Süleymanova S.-nevroloq-pediatr

Minimal beyin disfunksiyasi nədir?


  Minimal beyin disfunksiyası-bu termin valideynlərə yaxşı tanışdır.Belə uşaqlarda-   beyin funksional sisteminin inkişaf tempinin gecikməsi olur ki,bu da            davranış,nitq,diqqət,yaddaş,qavrama və s.ali psixi fealiyyət növlərinde özünü    göstərir.Ümumi intellektual inkişaf  norma səviyyəsində olsa da,onlarda məktəbdə  təhsille,sosial adaptasiya ilə bağlı çətinliklər olur.Məktəbdə,evdə bu uşaqlari  diqqetsizlikdə günahlandırmaq əvəzinə,onlara kömək etmək,xususi yanaşmaq    lazimdir.

Minimal beyin disfunksiyasınin əsas səbəbi-mərkəzi sinir sisteminin perinatal zədələnməsi,yarımçıq doğulma,erkən yaşda olan kəllə-beyin travmaları,neyro infeksiyalardır.Minimal beyin disfunksiyasını valideynlər  necə təyin edə bilərlər?

  • Uşaqların erkən psixo-motor inkişafı yaşa görə geri qalır; gec oturur, gec yeriyir,gec danışır.
  • Uşaq çox hərəkətlidir,hövsələsiz,diqqetsiz,tələskən,impulsivdir və ya əksinə,çox sakitdir,az hərəkətli,tez yorulandir.
  • Belə uşaqlarda qamət pozğunluğu,əyri-pəncəlik,görmə zəyifliyi,baş ağrıları,kəkələmə,enurez,kiçik motorikanın geriliyi(düymə bağlamaqda,ayaqqabı geyinməkdə,qayçıdan istifadə etməkdə çətinlik çəkirlər) və s. olur.

   Əgər valideyn uşaqda bu əlamətlərdən bir neçəsini görürse, mütəxəssisə müraciət etməyə tələsməlidir!

Müalicə  nevropatoloq,  psixoloq,  loqoped,  pediatr,  ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə  aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır.Televizor, kompüter qarşısında minimum vaxt  keçirmək (sutkada 30 dəqiqəyə qədər), üzgüçülük,rəqs,gimnastika ilı məşğul olmaq, uşaqla taktil kantakt yaratmaq (masaj), lazım gəldikdə müvəffəqiyyətlərinə görə  onu tərifləmək müsbət effekt verir.Kompleks yanaşmada pisixoloji-pedaqoji,psixo-terapevtik korreksiyadan Əlavə,medikamentoz müalicə də  mühüm yer tutur.

nevroloq:Süleymanova S.