Minimal beyin disfunksiyasi nədir?

  Minimal beyin disfunksiyası-bu termin valideynlərə yaxşı tanışdır.Belə uşaqlarda-   beyin funksional sisteminin inkişaf tempinin gecikməsi olur ki,bu da            davranış,nitq,diqqət,yaddaş,qavrama və s.ali psixi fealiyyət növlərinde özünü    göstərir.Ümumi intellektual inkişaf  norma səviyyəsində olsa da,onlarda məktəbdə  təhsille,sosial adaptasiya ilə bağlı çətinliklər olur.Məktəbdə,evdə bu uşaqlari  diqqetsizlikdə günahlandırmaq əvəzinə,onlara kömək etmək,xususi yanaşmaq    lazimdir.

Minimal beyin disfunksiyasınin əsas səbəbi-mərkəzi sinir sisteminin perinatal zədələnməsi,yarımçıq doğulma,erkən yaşda olan kəllə-beyin travmaları,neyro infeksiyalardır.Minimal beyin disfunksiyasını valideynlər  necə təyin edə bilərlər?

  • Uşaqların erkən psixo-motor inkişafı yaşa görə geri qalır; gec oturur, gec yeriyir,gec danışır.
  • Uşaq çox hərəkətlidir,hövsələsiz,diqqetsiz,tələskən,impulsivdir və ya əksinə,çox sakitdir,az hərəkətli,tez yorulandir.
  • Belə uşaqlarda qamət pozğunluğu,əyri-pəncəlik,görmə zəyifliyi,baş ağrıları,kəkələmə,enurez,kiçik motorikanın geriliyi(düymə bağlamaqda,ayaqqabı geyinməkdə,qayçıdan istifadə etməkdə çətinlik çəkirlər) və s. olur.

   Əgər valideyn uşaqda bu əlamətlərdən bir neçəsini görürse, mütəxəssisə müraciət etməyə tələsməlidir!

Müalicə  nevropatoloq,  psixoloq,  loqoped,  pediatr,  ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə  aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır.Televizor, kompüter qarşısında minimum vaxt  keçirmək (sutkada 30 dəqiqəyə qədər), üzgüçülük,rəqs,gimnastika ilı məşğul olmaq, uşaqla taktil kantakt yaratmaq (masaj), lazım gəldikdə müvəffəqiyyətlərinə görə  onu tərifləmək müsbət effekt verir.Kompleks yanaşmada pisixoloji-pedaqoji,psixo-terapevtik korreksiyadan Əlavə,medikamentoz müalicə də  mühüm yer tutur.

nevroloq:Süleymanova S.

 

Leave a comment